"Fiorentina"nın baş məşqçisi narazı qaldı

10:55 30 Sentyabr 2016

“Qələbə və 5 qol vurmağımız əla nəticədi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşma tərzindən narazıyam”.

Bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza deyib.

 
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində dünən “Qarabağ”ı qəbul edən “Fiorentina” 5:1 hesablı qələbə qazanıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Souza oyunu və nəticəni şərh edib: “Narazılığım ondan ibarətdi ki, rəqibi düzgün qiymətləndirməmişdik. Bu, baş verməli deyildi. Bu cür futbolçulardan ibarət komanda matçın sonunda qol buraxmamalıdı. Oyundan əvvəl yetirmələrimə demişdim ki, arxayınlaşmaq olmaz. Əfsuslar olsun ki, son dəqiqələrdə qapımızdan top buraxdıq”.
 
Souza qeyd edib ki, “Fiorentina”nın heyətində ən çox Nikola Kaliniçin çıxışından razı qalıb: “Ən çox Kaliniçi bəyəndim. Onda futbol ehtirası var. Bu. hər hərəkətində özünü göstərir. Kaliniç həmişə komandası üçün ən yaxşısını etməyə çalışır. Digər futbolçularımda da bu cür yanaşma görəndə dünyanın ən xoşbəxt məşqçisi oluram”.   (apasport.az)


Digər xəbərlər

Xəbər xətti