"Barselona" "Atletiko"nun futbolçusu ilə maraqlanır

13:29 30 Sentyabr 2016

"Barselona" "Atletiko"nun futbolçusu Yannik Karrasko ilə maraqlanır.

 Kataloniya klubu 23 yaşlı oyunçunu transfer etməyi planlaşdırır.

"Barselona"nın idman direktoru Robert Fernandes Y.Karraskonu oyununa Çempionlar Liqasının ikinci turunda "Bavariya" ilə görüşdə stadiondan baxıb. Belçikalı yarımmüdafiəçi sözügedən qarşılaşmada komandasının qələbə qolunu vurub.

Qeyd edək ki, Y.Karraskonun "Atletiko" ilə müqaviləsi 2020-ci ildə başa çatır. Onun təzminat qiymətinin 40 milyon avro olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti