Millimizin ev oyunlarını yayımlayacaq kanal məlum oldu

16:15 30 Sentyabr 2016

Futbol üzrə milli komandamızın 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarının çəkilişlərini "CBC Sport" telekanalı həyata keçirəcək.
 

Sportarena.az xəbər verir ki, bu barədə kanalın rəsmi saytına açıqlamasında "CBC Sport"un baş direktoru Volkan Üst məlumat verib:
 

"Artıq UEFA ilə bu barədə razılıq əldə etmişik. Milli komandamızın Bakıda keçirəcəyi oyunların çəkilişini "CBC Sport" reallaşdıracaq. Kameralar, yayımın rejissorları və lazım olan digər avadınlıq bizim kanaldan olacaq. Oyunlar isə İctimai Televiziya ilə yayımlanacaq. "CBC Sport" qısa müddət ərzində beynəlxalq yarışlar, müxtəlif turnirləri tamaşaçılara təqdim edib və UEFA bu məsuliyyətli işi bizə tapşırdı".


Digər xəbərlər

Xəbər xətti