Azərbaycan - Norveç matçını canlı yayımlayacaq kanallar

12:15 4 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz qrupda ikinci oyununu Norveçə qarşı doğma meydanda keçirəcək.
Bakı Olimpiya stadionunda baş tutacaq qarşılaşma təkcə ölkəmizdə canlı yayımlanmayacaq. Belə ki, millimizin oyununu Rusiyanın "Matç! Futbol 2" kanalı da canlı yayımla tamaşaçılara nümayiş etdirəcək. Bundan oktyabrın 8-də baş oynanılacaq oyunun Norveçdə də canlı yayımlanması gözlənilir.
Ölkəmizdə isə bu oyunu CBC Sport kanalı birbaşa nümayiş etdirəcək.
Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

 


Xəbər xətti