Jerard Pike: "Del Boske dövrü unikal idi"

21:52 6 Oktyabr 2016

İspaniya millisinin müdafiəçisi Jerar Pike İtaliya ilə oyundan əvvəl maraqlı fikirləri ilə yadda qalıb.


Sportarena.az xəbər verir ki, futbolçu açıqlamasında Del Boskenin dövrünün təkraredilməz olduğunu bildirib.


"Keçmişlə indini müqayisə etmək istəmirəm. Çox güaman ki, Xulyen Lopateginin işində Del Boskenin kölgəsi dolaşır. Bu da olmalı şeydir.İstənilən halda Visente ilə dövr unikal idi. Bütün İspaniya üçün.

İndi isə Xulyenlə yeni dövr başlayır.Biz Belçika və Lixtenşteynlə yaxşı oynadıq. İndi bunu Turində davam etdirmək lazımdır",  — deyə Pike qeyd edib.


Xəbər xətti