"Barselona" Ardayla bağlı TFF-dən məlumat istədi

18:51 7 Oktyabr 2016

"AVRO-2016"ın ardından A milli komandaya çağırılmayan Arda Turanla bağlı klubu addım atıb. 
 
Milli komandalarda heç bir futbolçusu olmayan Katalonya təmsilçisi Ardanın yığmaya geri dönməsi üçün hərəkətə keçib. 
 
İspaniyada sərgilədiyi oyun ilə alqışlanan Turanın milliyə dəvət almamasının səbəbini araşdırmaq üçün "Barselona" rəhbərliyi TFF-dən məlumat istəyib. 
 
"Yeni Şafak"ın yaydığı xəbərə görə, futbolçularında ruh düşkünlüyü yaranmasını istəməyən "Barselona" klubu bu mövzu ilə əlaqədar olaraq yaxın günlərdə federasiya ilə vacib görüşlər keçirəcək. 
 
Qeyd edək ki, Arda Turan "AVRO-2016"dan sonra Türkiyə millisinə dəvət almır.


Digər xəbərlər

Xəbər xətti