"Napoli"nin qol silahı 6 ay müddətinə sıradan çıxdı

23:25 9 Oktyabr 2016

"Napoli"nin əsas oyunçularından biri olan Arkadius Milik zədələnib. 


Sportarena.az xəbər verir ki, poşalı oyunçu millisinin Danimarkaya qarşı oyununda ciddi xəsarət alıb. Məlumata görə, futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
 

Qeyd edək ki, Milik cari mövsüm A seriyasında meydana çıxdığı 7 oyunda 4, Çempionlar Liqasında isə 2 matçda 3 qol vurub. 


Xəbər xətti