Mehriban Əliyeva “Zirvə” gimnastlarının çıxışını izlədi, uğurlar arzuladı - VİDEO

14:13 10 Oktyabr 2016

Kürdəmir Olimpiya İdman Komlpleksində bədii gimnastika üzrə “Kürdəmir Kubok”u açıq birinciliyi keçiriləcək. Göyçay, İsmayıllı, Kürdəmir, Qusar, Şirvan, Gəncə və Bakıdan 14 klubun iştirak edəcəyi birincilikdə “Zirvə” idman klubunun gimnastları da medal mübarizəsi aparacaq. 2001-2011-ci yaş qurpları arasında keçiriləcək turnirdə 100-dən çox gimnastın iştirakı gözlənilir. Yarışa hazırlıqlarını davam etdirən “Zirvə”çi qızların məşqinə qatıldıq. Böyük səylə məşqlərini davam etdirən gənc gimnastlar uğur qazanacaqlarına inanırlar.
Məşqçi Rəfiqə Əliyeva gimanstların hazırlığı barədə danışıb.
Bundan başqa Abşeron rayonu Masazır kəndində 4 saylı tam orta məktəbin açılışında “Zirvə”çi gimnastların gözəl çıxışıdan danışan məşqçi açılış mərasimində iştirak edən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın da nömrələri bəyəndiyini söyləyib və Azərbaycanın birinci xanımının gimnastlara gələcək karyeralarında uğurlar arzu etdiyini deyib.


Digər xəbərlər

Xəbər xətti