Karel Yarolim: "Prosineçkini məşqçi kimi yox, oyunçu kimi tanıyıram"

Sportarena.az      10 Oktyabr 2018, 21:28

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizlə qarşılaşacaq Çexiya yığmasının baş məşqçisi Karel Yarolimin oyunöncəsi mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


- Desəm ki, komandada gərginlik yoxdu, bu, səmimi olmaz. Ancaq sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk.


- Robert Prosineçkini şəxsən tanıyırsız? Yaxud tanış olmağa vaxtınız olub?
- Mən onu məşqçi kimi yox, oyunçu kimi tanıyıram. Fikrimcə, sabahkı oyun Azərbaycan millisinin Norveçlə oyununun təkrarı olacaq. Fərq yalnız ondan ibarət olacaq ki, Azərbaycan sabah səfərdə oynayacaq. Əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk.


- Sabah qalib gəlməsək, necə olacaq?
- Əlbəttə, bunu heç cür qəbul edə bilmərəm. Buna görə, ilk dəqiqələrdən səhv etmədən oyunumuzu davam etdirməliyik. Almaniya ilə oyundakı səhvləri təkrarlamamalıyıq. Bunda azarkeşlərin də rolu olacaq. Onlar stadiona gələrək, millini sonadək dəstəkləməlidilər.


- Çexiya ilə Azərbaycan arasında son oyun BƏƏ-də olub və 0:2 uduzmuşuq. Həmin oyundan nə isə nəticə götürmüsüz?
- Mənim yaşım çoxdu. Əlbəttə həmin oyunu xatırlayıram. Ancaq o, yoxlama oyunu idi. Konkret oyun yadımda deyil.


- Almaniya ilə oyundakı heyətlə sabahkı heyət arasında hansısa fərq olacaq?
- Əlbəttə, hər oyundan sonra biz dəyişikliklər edirik. Bu, yalnız Almaniya ilə oyunla bağlı deyil. Ancaq xahiş edirəm, məndən hansısa taktikayla bağlı fikir bildirməyimi istəməyin. Çünki burda yetərincə müxbir var.


- Azərbaycanın Norveçi məğlub etməsi sabah heyətlə bağlı qərarınıza təsir edəcək?
- Azərbaycanın Norveçi məğlub etməsinə görə heyətdə dəyişiklik etməyəcəyik. Biz sadəcə olaraq, özümüzə görə heyət seçəcəyik.


- Sabakı oyunda xal itkisi Çexiya millisini baş məşqçisiz qoya bilər?
- Səmimi deyim, o barədə heç düşünməmişəm. Bizim üzərimizə düşən əsas vəzifə sabah meydanda öz işimizi görməkdi. Sabah nə olacağını heç kim deyə bilməz. 


- Azərbaycan millisini özünüzə layiqli rəqib kimi görürüsüz? Sizcə bu gün bu millinin Çexiyadan öndə olması ədalətlidi?
- Heç vaxt rəqibləri alşaltmamışam. Azərbayca Norveçi məğlub etməklə güclü milli olduğunu sübut etdi. 


- Sabah hücum, yoxsa müdafiəyə meyilli oyun seçəcəksiz?
- Maraqlı sualdı. Ancaq inamıram ki, bu suala cavab verəcəyimi gözləyirsiz. Hansı taktikanı seçəcəyimi sabah görəcəksiz.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin