Raul Qonzalez birinci, Messi isə?

16:33 11 Oktyabr 2016

La Liqanın 1928-ci ildən başlayan tarixi ərzində statistik olaraq ən güclü oyunçu Raul Qonzalesdir.

İspaniya Futbol Araşdırma Mərkəzi etdiyi analizin nəticəsinə görə, hal-hazırda turnir tarixində La Liqada oynayan oyunçular arasında bu mənada ən yaxşı oyunçu Lionel Messidir. Ümumi siyahıda isə o, dördüncüdür.
İkinci yerdə “Barselona”nın əfsanəsi Sezar Rodriqez, üçüncü yerdə isə “Atletik” Bilbaonun əfsanəsi Telmo Zarradır.

Top 100-də hal-hazırki oyunçulardan Kriştiano Ronaldo 23-cü, David Vilya 32-ci, Xavi 49-cu, İker Kasilyas isə 62-cidir.


Digər xəbərlər

Xəbər xətti