Suares etiraf etdi: "Mənim zədəm yoxdur, sadəcə çox yorulmuşam"

11:51 12 Oktyabr 2016

Kolumbiya ilə oyunda (2:2) qol vuran Uruqvay yığmasının futbolçusu Luis Suares zədələnmədiyini və oyun zamanı əvəzetmə tələb etmədiyini bildirib.
 
"Mənim zədəm yoxdur. Sadəcə olaraq çox yorulmuşam. Oyun çox olub. Bundan başqa uzun müddətli uçuşlar da öz təsirini göstərir. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm.Amma birbaşa rəqiblə səfərdə xal aldığımızdan məmnunam" — deyə Suares bildirib.
 


Digər xəbərlər

Xəbər xətti