"Real"dan "Santyaqo Bernabua"ya 400 milyon avro

15:33 12 Oktyabr 2016

"Real" ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparacaq.

 Madrid klubu bununla bağlı şəhər bələdiyyəsindən icazə alıb.

"Real"ın prezidenti Florentino Peres deyib ki, təmir işlərinə gələn ildən başlanacaq. Bunun üçün 400 milyon avro vəsait ayrılacaq.

Yenidənqurma işlərindən sonra stadionun ölçüləri dəyişəcək. Arena daha hündür olacaq. Amma bu dəyişiklik azarkeş tutumuna təsir etməyəcək. Arena ilə yanaşı, “Real”ın muzeyi də təmir olunacaq.


Xəbər xətti