Cavid Hüseynov: "Futbola davam edəcəyəm"

22:37 12 Oktyabr 2016

Bu gün azadlığa çıxan Cavid Hüseynov hazırda Mehdiabaddakı evindədir.

 
Sportarena.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında məlumat verib. O bildirib ki, Hüseynov həbsdən azad olunan kimi qızının bağçasına gedib. Oradan isə qızı ilə birlikdə evinə yollanıb.


Cavid Hüseynov gələcək planları haqda məlumat verib. O, futbola davam edəcəyini, milli yığmanın və klubunun tərkibində Azərbaycanın adını daha da yüksəklərə ucaltmaq üçün oynamaq istədiyini deyib.


Xəbər xətti