"Barselona"da yeni müqavilə

16:18 13 Oktyabr 2016

"Barselona"nın müdafiəçisi Xaviyer Maskerano komanda ilə yeni müqavilə imzalayacaq.


Sportarena.az xəbər verir ki, futbolçu sabah klubun prezidenti Josep Bartomeunun da iştirak edəcəyi mərasimdə komanda ilə müqaviləni yeniləyəcək. Yeni müqavilənin müddəti 2019-cu ilin yayına qədər olacaq.


Xatırladaq ki, 2010-cu ildən "Barselona"nın şərəfini qoruyan futbolçu bu müddət ərzində 4 dəfə İspaniya La Liqasının, 2 dəfə ölkə kubokunun, 3 dəfə Superkubok və 2 dəfə Çempionlar Liqasının qalibi olub. 


Xəbər xətti