Zlatan İbrahimoviç Hindistan klubuna keçə bilər

17:29 13 Oktyabr 2016

Hindistanın "Dehli Dinamos" klubu "Mançester Yunayted"in ulduz futbolçusu Zlatan İbrahimoviçi transfer etmək niyyətindədir.


Sportarena.az xəbər verir ki, bu barədə "Dehli Dinamos"un baş məşqçisi Cianuici Zambarotta "İndian Express"ə verdiyi açıqlamasında bildirib. O, "Yuventus"dakı komanda yoldaşını Hindistana gətirmək üçün vuruşacağını bildirib:
"Fikrimcə, Hindistandakı fanatlarının xətrinə Zlatan buraya gəlib karyerasını burada bitirəcək. Onu Hindistana gətirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm.


Xatırladaq ki, PSJ-dən ayrılaraq "Mançester Yunayted"lə müqavilə imzalayan 35 yaşlı Zlatan İbrahimoviçin müqaviləsi mövsüm sonunda bitəcək.


Xəbər xətti