"Qəbələ"nin rəqibində ciddi itki

12:30 14 Oktyabr 2016

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Anderlext"in futbolçusu Aleksandru Çipçiu zədələnib.


Sportarena.az xəbər verir ki, Rumıniya millisinin yarımmüdafiəçisinin  DÇ-2018-in seçmə mərhələsində Qazaxıstana qarşı görüşdə (0:0) zədə alıb. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

A.Çipçiunun noyabrın 24-ü keçiriləcək "Qəbələ" ilə görüşə kimi hazır olacağı gözlənilir.


Xəbər xətti