"Çelsi"dən 900 milyonluq müqavilə

22:50 14 Oktyabr 2016

"Çelsi" "Nike" firması ilə müqavilə imzalayacaq
Sözləşmənin müddəti 15 illikdir. "Nike" ilə əməkdaşlıqdan "Çelsi" hər il 60 milyon funt əldə edəcək. 

Mayda London klubu "Adidas"la müqaviləni vaxtından əvvəl pozacaq. Bu səbəbdən "Çelsi" qarşı tərəfə 40 milyon funt təzminat ödəyəcək. 

"Nike" "Çelsi"nin əsas, qadınlardan ibarət komandanı və akademiya üzvlərini forma ilə təmin edəcək. 

Qeyd edək ki, Roman Abramoviçin komandası İngiltərə Premyer Liqasında "Mançester Siti"dən sonra "Nike" ilə əməkdaşlıq edən ikinci klub olacaq.


Xəbər xətti