"Qəbələ"dən ilk səfər qələbəsi

23:15 14 Oktyabr 2016

Bu gün əvəzedicilərin çempionatında II dövrəyə start verilib. VIII turun ilk qarşılaşması “İnter Arena”da keçirilib. Ötən mövsümün çempionu “Qəbələ” “İnter”in qonağı olub. İlk dövrədə rəqibinə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” səfər matçına revanş iddiası ilə çıxıb. Bunun nəticəsidir ki, matça fəal başlayan Hüseynqulu Quliyevin yetirmələri 17-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərinin qapısına Tellur Mütəllimov yol tapıb. Bu, onun əvəzedicilərin heyətində mövsümdə ilk qolu olub. Bakıda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” mövsümdə ilk səfər qələbəsini qazanıb.
 


Xəbər xətti