Depay Almaniya klubuna keçir?

16:31 15 Oktyabr 2016

"Mançester Yunayted" klubunun futbolçusu Memfis Depay karyerasına "Volfsburq"da davam edə bilər.


Sportarena.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.


Məlumata görə, qış transfer dönəmində "Volfsburq" İngiltərə klubuna rəsmi təklif göndərəcək. Məlumatda bildirilir ki, 22 yaşlı holland futbolçu cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 3 görüşdə cəmi 15 dəqiqə meydanda olduğu üçün bu təklifə isti yanaşacaq.


Digər xəbərlər

Xəbər xətti