"Qarabağ"ın rəqibindən xal itkisi

17:10 16 Oktyabr 2016

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Fiorentina" İtaliya A seriyasında növbəti oyununa çıxıb.


Sportarena.az xəbər verir ki, komanda 8-ci turda "Atalanta"nı qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.


Qeyd edək ki, "Fiorentina" hazırda 9 xalla  turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Xəbər xətti