"Barselona"da yeni müqavilə

18:30 17 Oktyabr 2016

"Barselona" Xavyer Maskerano ilə müqaviləni yeniləyib.


Sportarena.az xəbər verir ki, bu gün keçirilən mərasimdə klub prezidentinin iştirakı ilə argentinalı müdafiəçi Xavyer Maskerano ilə 3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildə "Liverpul"dan transfer olunub. O, bu müddət ərzində Kataloniya klubu ilə 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə kuboku, 2 dəfə superkubok, 2 dəfə isə Çempionlar Liqasını qazanıb.


Digər xəbərlər

Xəbər xətti