PAOK "Qarabağ"la oyuna ciddi itkilərlə hazırlaşır

12:13 18 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq Yunanıstanın PAOK klubu Bakıya itkilərlə gələcək.


Sportarena.az xəbər verir ki, Yunanıstan çempionatının son turunda "İraklis"lə görüş zədələnən Stelios Malezasın oynayıb-oynamayacağı məlum deyil. Marin Leoviç isə bu gündən məşqlərə qoşulacaq. Zədəsini bərpa edən müdafiəçi Georgios Tzavellas da bu gündən hazırlıqlara start verəcək.


Bundan başqa müdafiəçi Dimitris Ciannulis komandaya qoşulub. Yarımmüdafiəçi Dimitris Pelkasın isə nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.


Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.


Xəbər xətti