"Sumqayıt" "Qarabağ"a təzminat ödəyəcək

15:06 18 Oktyabr 2016

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedici heyətlərin çempionatında VIII turda qeydə alınmış qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


Sportarena.az xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


 
Oyun bitdikdən sonra “Sumqayıt”ın futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunub. Dəymiş zərərə uyğun olaraq, stadion rəhbərliyinin təqdim edəcəyi məbləğin “Sumqayıt” klubu tərəfindən ödənilməsinə qərar verilib.


Xəbər xətti