AFFA-dan "Qəbələ"yə cəza

15:29 18 Oktyabr 2016

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedici heyətlərin çempionatında VIII turda qeydə alınmış qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


Sportarena.az xəbər verir ki, əvəzedici heyətlərin VIII turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


Əvəzedici heyətlərin VIII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 63 №-li futbolçusu Vüsal Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti