"Fənərbaxça"nın təyyarəsi məcburi eniş etdi - FOTOLAR

15:45 19 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” klubu İngiltərəyə gedərkən ciddi problemlə üzləşib.


Sportarena.az xəbər verir ki, havada olarkən ön şüşəyə quş çırpıldığı üçün təyyarə Budapeştdə məcburi eniş etməli olub. Məlumata görə hər şey qaydasındadır və qısa müddətdən sonra Budapeştə İstanbuldan yeni təyyarə uçacaq.


Qeyd edək ki, “Mançester Yunayted” - “Fənərbaxça” oyunu sabah, Bakı vaxtıyla saat 23:05-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti