PAOK-un baş məşqçisi: "Azarkeşlər heç bir məğlubiyyəti bağışlamır"

21:08 19 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” sabahPAOK-u qəbul edəcək.
 

Sportarena.az xəbər verir ki, qonaqların baş məşqçisi Vladimir İviç jurnalistlərin suallarını cavablandırıb.
 

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabahkı oyunda qələbənin onlara daha vacib olduğunu deyib...
- Mənim komandam həmişə ən yaxşı nəticəni əldə etmək üçün meydana çıxır. Sabah da belə olacaq. Məqsədimiz qalib gəlməkdi.
 

- PAOK və “Qarabağ”ın qrupdakı şanslarını necə dəyərləndirirsiz?
- “Qarabağ”ın əvvəlki oyunlarına da baxdıqda görürük ki, bizi sabah çətin oyun gözləyir. Bu komanda sabah sonadək mübarizə aparacaq. Komandamdan sabah yaxşı oyun gözləyirəm. Qarşımızdakı komandanın gücünün fərqindəyik. Ancaq inanıram ki, futbolçularım sonadək mübarizə aparacaqlar. Sabahkı oyunda şansları 50/50-yə dəyərləndirirəm.
 

- Bu həftə çox PAOK üçün çox məsuliyyətlidir. “Olimpiakos”la oyunda köklü dəyişiklər olacaq?
- Dəyişikliklər gözlənilir Böyük dəyişikliklər olmayacaq. Bu oyunda ciddi bir hadisə baş verməsə, “Olimpiakos”la oyuna tam heyətlə çıxa bilərik.

 
- Azarkeşlər sizi “Qarabağ”a yoxsa “Olimpiakos”a görə məğlubiyyəti bağışlamaz?
- Azarkeşlər heç bir məğlubiyyəti bağışlamır.
 

- PAOK ötən mövsüm Bakıdan 1 xalla dönmüşdü. Bu dəfə necə düşünürsüz?
- Sabah yaxşı oyun gözləyirəm. İstəyirik ki, 3 xal qazanaq. Rəqibimiz zəif deyil, güclü komandaya qarşı oynayacağıq. Bacarığımızı ortaya qoymalıyıq. 

 
- Təcrübəli baş məşqçi, oturuşmuş heyət, doğma meydan, güclü azarkkeş dəstəyi – bunlar “Qarabağ”ın üstünlüyüdür. Bəs, sizi güclü edəcək nədir?
- Komanda hazır vəziyyətdə gəlib. Səfərdə çox oynamışıq. Bizim üstünlüyümüz bu oyuna tam olaraq diqqətimizi yönəltməkdir. Futbolçularım oyuna tam köklənməlidir. Bu oyunun məsuliyyətini tam olaraq dərk etsək, bizim üstünlüyümüzdür.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti