"Dinamo" "Qəbələ"ni darmadağın etdi

22:05 19 Oktyabr 2016

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda I mərhələnin cavab oyunları keçirilib. 


Sportarena.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” Rusiya çempionu Moskva “Dinamo”su ilə qarşılaşıb. 2015-2016-cı illər mövsümündə U-19 Liqanın qalibi olan “qırmızı-qaralar” öz meydanında 0:2 hesabı ilə uduzduğundan səfərdə qələbə istəyi ilə meydana çıxıb. 


Lakin böyük hesabla məğlub olan Hüseynqulu Quliyevin komandası növbəti mərhələyə yüksələ bilməyib - 5:0. Beləliklə, hər iki oyunda qalib gələn “Dinamo” növbəti mərhələyə yüksəlib. “Qəbələ” isə debüt mövsümündə mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti