Bezotosnı: "Bu, sadəcə əlavə məsuliyyətdir"

00:07 20 Oktyabr 2016

“Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq". 


Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun qolkiperi Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"ə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.


O, sabah meydana kapitan kimi çıxma ehtimalının olmasına da münasibət bildirib:
"Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində qolkiperin kapitan olması ciddi fərq eləmir. İstəyərdim ki, hər matçı qol buraxmadan keçirmək istəyirəm. Yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti