Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçili

10:50 20 Oktyabr 2016

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Tokioda keçirilən 81-ci Konqresində bu qurumun yeni prezidenti seçilib.

Səsvermə prosesi yaponiyalı Morinari Vatanablenin qələbəsi ilə başa çatıb. Hazırda Yaponiya Gimnastika Birliyinin və FIG İcraiyyə Komitəsinin üzvü olan 57 yaşlı M.Vatanable səlahiyyətlərinin icrasına yanvarın 1-dən başlayacaq. Üzv federasiyaların yüzünün səsini əldə edən M.Vatanable FIG-in doqquzuncu prezidenti olacaq.

FIG-in hazırkı prezidenti italiyalı Bruno Qrandidir. 


Digər xəbərlər

Xəbər xətti