Quardiola "Barselona" məğlubiyyətindən danışdı: "Bu mənim məşqçilik karyeramda ən ağır..."

14:44 20 Oktyabr 2016

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola 3-cü turda "Barselona"ya məğlubiyyətdən  (0:4) sonra fikirlərini açıqlayıb.
"Bu mənim məşqçilik karyeramda ən ağır məğlubiyyət deyil. Ən pisi 2014-cü ildə Bavariyada "Real"a  (0:4) məğlubiyyət idi. Bu uğursuzluq mənim səhvlərimin nəticəsidir. Əsas heyəti düzgün müəyyənləşdirməmişəm. "Real"la isə heç qol vəziyyəti də yarada bilməmişdik. Ancaq bu dəfə ən azı 1-2 qola layiq idik.Lakin "Barselona" rəqibi yüngülcə cəzalandıra bilən bir komandadır", — deyə Quardiola qeyd edib.


Xəbər xətti