Kasilyas Xavinin rekordunu yenilədi

15:30 20 Oktyabr 2016

“Portu”nun qapıçısı İker Kasilyas növbəti rekorda imza atıb.
 
İspaniyalı qolkiperin rekordu Çempionlar Liqasının qrup mərhələsində “Brügge”yə qalib gəldikləri oyunda (2:1) qeydə alınıb.

Turnirdə 92-ci qələbəsini qazanan 35 yaşlı qapıçı bu göstəricidə “Barselona”nın sabiq kapitanı Xavinin rekordunu geridə qoyub.
 
Qeyd edək ki, Xavi ÇL-da 91 qələbə qazanmışdı.


Xəbər xətti