Ronaldo "Real"la yeni müqavilə imzalayır

17:10 20 Oktyabr 2016

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo komandası ilə yeni müqavilə imzalayacaq.

Sportarena.az xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb.

Məlumata görə, ulduz futbolçu “kral klubu” ilə 5 illik müqavilə imzalayacaq. Yeni müqaviləyə əsasən futbolçunun məvacibi də 2 milyon avro artırılacaq. Belə ki, hal-hazırda 31 yaşlı futbolçu “Real”dan illik 23 milyon avro qazanırdısa, müqavilə imzalandıqdan sonra bu məbləğ 25 milyon avro olacaq.
Qeyd edək ki, futbolçunun hazırki müqaviləsinin müddəti 2018-ci ildə bitəcək.

 


Xəbər xətti