II Avropa Oyunlarının məkanı müəyyənləşdi

13:34 21 Oktyabr 2016

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.


Sportarena.az xəbər verir ki, Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında turnirin Minskdə keçirilməsinə qərar verilib. 


50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib. 


Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda təşkil olunub. 


Digər xəbərlər

Xəbər xətti