Ufuk Budak oynadı, komandası səfərdə qalib gəldi

11:18 22 Oktyabr 2016

Türkiyə Super Liqasında 8-ci tura start verilib.


Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Ufuk Budakın çıxış etdiyi "Kayserispor" səfərdə "Qaziantepsor"un qonağı olub. Matç "Kayserispor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. 


Meydana əsas heyətdə daxil olan U.Budak 90 dəqiqə mübarizə aparıb.


Bu nəticədən sonra "Kayserispor" 8 xalla 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti