Şeydayev "Qalatasaray"a qarşı oynaya bilər

17:51 22 Oktyabr 2016

Milli komandamızın üzvü Ramil Şeydayev bu gün Türkiyə Super Liqasında debüt edə bilər.


Sportarena.az xəbət verir ki, Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu bu günTürkiyə Super Liqasının 8-ci turunda səfərdə "Qalatasaray"ın qonağı olacaq.
 

Qara Dəniz təmsilçisi bu qarşılaşma üçün İstanbula  23 futbolçu aparıb. 23 nəfərlik heyətdə Şeydayevin də adı var.

 
Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" matçı sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti