Robert Prosineçki: "Azərbaycan futbol ölkəsi deyil, amma..."

14:33 24 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsindəki uğurlu nəticələrdən sonra Prosineçki Azərbaycanla yanaşı, Xorvatiyada da gündəmdədir.


Sportarena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis ölkə mətbuatına müsahibəsində millimizlə uğurlu seriyanı davam etdirmək istədiyini deyib: “Uğurlu seriyanı növbəti ayda da davam etdirməyi arzulayıram. Artıq futbolçular özlərinə tam əmindirlər. Bizdən asılı olan hər şeyi edəcəyik. Azərbaycan futbol ölkəsi deyil. Amma onlar idmanda işləməyi, nəticə verməyi bacarırlar. Xüsusilə, ağır atletika, güləş və boksda çoxlu medallar qazanıblar. Uğurlu nəticələrdən sonra Bakıda hamı futboldan danışır. Çünki Azərbaycan tarixi nəticəyə imza atmaq üçün yaxşı şans əldə edib. Bir balaca eyforiya var. Bu, həm yaxşıdır, həm də pis. Bundan sonra hər hansı rəqiblə qarşılaşanda “Azərbaycan yığması daha boks üçün nəzərdə tutulan qum torbası deyil” 


Xəbər xətti