"Kəpəz"in legioneri: "Belə davam etməliyik"

16:30 24 Oktyabr 2016

“Kəpəz”in futbolçusu Renan da Silva Topaz Premyer Liqanın IX turunda “İnter”lə keçirilən oyun (0:0) haqda fikirlərini bildirib.


Sportarena.az xəbər verir ki, klubun saytına açıqlama verən braziliyalı müdafiəçi yaxşı oynadıqlarını bildirib: 


“Bütün komanda üzvləri verilən tapşığın öhdəsindən layiqincə gəldi. Birinci hissə daha istəkli idik. Qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, epizodları lazımınca qiymətləndirə bilmədik. Fasilədən sonra isə “İnter” bir neçə vəziyyətdə qola yaxınlaşdı. Ancaq bütün cəhdlərə baxmayaraq yekunda qarşılaşma 0:0 hesabıyla başa çatdı. Qələbə qazana bilməsək də, yaxşı oyun göstərdiyimizə görə özümüzü təbrik edirəm. Belə davam etmək lazımdır".


Digər xəbərlər

Xəbər xətti