Adil Şükürov böyük danışdı: "Bu, "Kəpəz"in axırıncı üstünlüyü olacaq"

22:41 24 Oktyabr 2016

"İki fərqli hissə izlədik. İlk hissədə biz, ikinci hissədə AZAL üstün oynadı".

Bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının IX turunda AZAL-la səfər oyunundan (1:1) "CBC Sport"a açıqlamasında deyib.

Baş məşqçi sonra bunları bildirib:

"Rəqib döyüşkən komanda idi. Hesab bu gün bizə lazım olan nəticədir. Bir xal da qızıla bərabərdir. Bu səbəbdən təəssüflənməyə dəyməz. Vüqar və Krneta yox idi. Bu səbəbdən müdafiədən topla çıxmaqda bir az problem yaşadıq. Vüqara gəldikdə, meydançanın mərkəzində top itirmək hər bir komanda üçün itkidir. Orada olan cərimə zərbəsi heç nədən oldu. O qolu biz özümüz qapımıza gətirdik. Bu oyundur və belə şeylərə hazır olmaq lazımdır".

A.Şükürov növbəti turda "Kəpəz"lə keçiriləcək görüşdən də danışıb:

"Növbəti turda "Kəpəz"lə qarşılaşacağıq. Futbolçularımız peşəkardır. Nəticə baxımından "Kəpəz"in üstünlüyü var. Amma düşünürəm ki, bu onların axırıncı belə üstünlüyü olacaq. Bizi çox çətin oyunlar olacaq".(sportnet.az)


Digər xəbərlər

Xəbər xətti