Ardadan şok paylaşım: "Fahişənin dişisi, erkəyi olmaz" - FOTO

13:52 25 Oktyabr 2016

“Barcelona”nın və Türkiyə millisinin futbolçusu Arda Turanın “İnstagram” hesabında paylaşdığı status ölkədə söz-söhbətə səbəb olub.


Sportarena.az xəbər verir ki, ulduz futbolçu türk ədəbiyyatının əfsanələrindən sayılan Kemal Tahirə məxsus sözlər yazılmış fotonu paylaşıb və şərh olaraq “biz bunu yaşayarkən unutmayaq” yazıb.


Şəklin üzərində isə bunlar qeyd edilib: “Fahişənin dişisi, erkəyi olmaz. Fahişəlik adətdir. Söz verib tutmamaq, borcunu inkar etmək, birini satmaq, arxadan adam vurmaq, özündən zəifi əzmək, hətta qorxmaq belə yerinə görə fahişəlikdir”.


Ardanın bu statusu kimə ünvanladığı bilinmir. Ulduz futbolçu ilə Türkiyə millisinin baş məşqçisi Fatih Terim arasında gərginlik olduğu üçün bu paylaşımın 63 yaşlı mütəxəssisə ünvanlandığı güman olunur.


Qeyd edək ki, Arda Turan AÇ-2016-dan sonra Türkiyə yığmasına çağırılmır.


Xəbər xətti