"Kəpəz"in zədəlilərindən xəbər var

15:55 26 Oktyabr 2016

“Kəpəz”in zədəli futbolçularının müalicəsi davam etdirilir. 


Sportarena.az xəbər verir ki, ağır zədədən sonra tam bərpa olunmağa çalışan Şəhriyar Əliyev fərdi məşqlərlə kifayətlənir. Onun hələ bir müddət də həkim nəzarəti altında fərdi çalışacağı bildirilib.


Komandanın digər zədəlisi Dario Frederikonun müalicə prosesi də zədəyə uyğun olaraq aparılır. Braziliyalı bir həftədən sonra yüngül formada məşqlərə başlaya biləcək.


Sevindirici məqam Vüqar Bəybalayevin sıraya dönməsidir. Gənc yarımmüdafiəçi artıq bu gündən komandaya qoşula biləcək. 


Xəbər xətti