Tahir Süleymanov: "Tira Azərbayan xalqından üzr istəməlidi"

12:14 27 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda keçirilən “Neftçi” – “Qarabağ” matçında (0:2) “ağ-qaralar”ın futbolçusu Katalin Tiranın azarkeşi döyməsi barəsində məlumat vermişdik. Matçdan sonra komandanın baş məşqçis Elxan Abdullayev futbolçunun qovulacağını bildirsə də, rəhbərlik Tiranı sadəcə məşqlərdən kənarlaşdırıldırmaqla kifayətləndi və yekun qərarın bir müddət sonra açıqlanacağını bildirdi.


Məsələ ilə bağlı “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxlayıb, onun bu hadisələrə olan fikrini öyrənməyə çalışdıq.


Saytımıza açıqlaması zamanı T.Süleymanov futbolçunun ilk növbədə Azərbaycan xalqından üzr istəməli olduğunu, klub rəhbərliyinin isə bu məsələdə daha soyuqqanlı addımlar atmasını bildirdi:
“Çox mənfi haldı. “Neftçi”nin indiki durumu bəllidi. Komanda adına layiq olmayan tərzdə çıxış edir. Bunun da əsas səbəblərindən biri komandaya gətirilən səviyyəsiz legionerlərin olmasındadı. Buna baxmayaraq, azarkeşlər “Qarabağ”la oyuna gələrək komandaya 90 dəqiqə dəstək oldular. Avropa meydanlarında da belə halla rastlaşmaq olur. Azarkeş meydana daxil olur, lakin çox zaman meydanda olan futbolçular azarkeşi müdafiə edir və onu polisin əlindən alır, köməklik göstərir. “Bakcell Arena”da isə tam tərsi oldu. Fanatın heç kimi vurmadığı halda Tira 10-15 metr üzaqdan onun üstünə şığıyaraq, əl qaldırdı. Hətta, polisin, Qara Qarayevin müdaxiləsin sonra da Tira fanata hücum çəkirdi. Azarkeşləri “Neftçi”nin adına layiq qələbələrlə sevindirmək əvəzinə əcnəbi futbolçunun bu hərəkəti yolverilməzdi. Düzdü, komandanın baş məşqçisi bununla bağlı fikirini bildirib, amma klub rəhbərliyindən isə açıqlama yoxdu. Məsələ mənəvi və hüquq müstəvisində öz həllini tapmalıdı. İlk növbədə Tira Azərbayan xalqından üzr istəməlidi. Klub isə futbol qanunlarına  uyğun olaraq, qəti addımlar atmalıdı. Baş məşqçinin  futbolçunu komandadan qovacağam deməsini futbolçu təzminat davası açsa, istifadə edə bilər. Əksinə, azarkeşlər mənəvi və fiziki təzyiqə məruz qaldıqları üçün özləri məhkəməyə müraciət edə bilərlər. “Neftçi” isə FİFA, UEFA və AFFA-ya hüquq çərçivəsində futbolçunun klubda intizamı bu şəkildə pozduğu üçün məsələ qaldırmalıdı. İlk addım isə futbolçuya maddi cəza kəsib, əvəzedici heyətə göndərməkdi. Görünən isə odu ki, Tira bu barədə açıqlama verərək “Qarabağ”ın azarkeşinin olduğunu bildirib. Bu yersiz, mənasız açıqlama bir daha onu göstərir ki, Tira səhvini dərk etməyib. Legioner hücumçu komandaya rəqib qapılarına top vurmaq üçün transfer edilir, fanatı vurmaq üçün yox... “Neftçi” isə hələ ki, rəhbərlikdə vəzifələri bölməklə məşğuldu.  Baş vermiş  yeni təyinatlara  yenidən  baxılır(!). İcraçı direktor vəzifəsinə Elnur Eyvazovu nəyə görə təyin  etmişdiz, hansı səbəbə müavin etdiz? Legioner siyasətində baş verən proseslər rəhbərlikdə də davam edir...”.

 

T. Süleymanov əməkdaşımızın “Artıq belə hallar “Neftçi”də bir neçə dəfə baş verib. Ötən mövsüm Araz Abdullayev və Rahil Məmmədov da meydana daxil olan azarkeşin üzərinə şığımışdı. Axı niyə belə hallar “Neftçi”də baş verir” sualına isə belə cavab verdi:
“İlk növbədə hər kəs dərk etməlidi ki, futbol azarkeş üçün oynanılır. “Neftçi” kimi tarixi klub isə ata-babalardan azarkeşlərə qalan yadigardı. Yəni ki, “Neftçi” kiminsə şəxsi klubu deyil, xalqındı, azarkeşindi, fanatındı... Klub rəhbərliyində təmsil olunanlar azarkeşi polisə verirsə, sonda futbolçu da azarkeşini vuracaq... “Neftçi” də təmsil olunan hər bir şəxs dərk etməlidi ki, bu komanda ilə zarafat etmək olmaz. “Neftçi” Azərbaycan futbolunun toxunulmaz sərvəti, tarixidi. Bunu qorumaq ilk növbədə klub rəsmilərinin vəzifə borcudur”.

 

T.Süleymanov azarkeşə əl qaldıran futlçunun komandadan qovulub-qovulmaması ilə bağlı bunları dedi:
“Yuxarıda qeyd etdiyim kimi futbolçunun davranışı bir tərəfə, səviyyəsi də heç “Neftçi” kimi kluba uyğun deyil. Baş məşqçinin açıqlaması klubun əleyhinə işləyə bilər. Mənəvi olaraq onun bu ölkədə qalması yolverilməzdi. Azarkeş meydana çıxsa da, çıxmasa da bizim vətəndaşımızdı. Tira isə “Neftçi”də layiq olmadığı Azərbaycanın çörəyini yeyir. Buna uyğun da davranışı olmalıdı. Bu, istənilən legionerə aiddi. Klub futbol qanunları çərçivəsində bunu qəti şəkildə həll etməlidir”.


Xəbər xətti