"Şəmkir"in stadionunda acınacaqlı vəziyyət - FOTOLAR

15:03 28 Oktyabr 2016

Bu gün I divizionun 8-ci turunda "Şəmkir" doğma meydanda MOİK-i qəbul edir.


Sportarena.az-ın stadiona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, stadionun durumu çox acınacaqlı vəziyyətdədir. Belə ki, matçın keçirildiyi Şəmkir İdman Olimpiya Kompleksinin stadionunda tablo olsa da, işləmir. Bundan əlavə, stadionun ot örtüyü də yaxşı vəziyyətdə deyil. Ot örtüyünün durumu o qədər pis vəziyyətdədir ki, qapıçı meydançasına taxta tozu tökülüb. 

Vüsal Yalçınoğlu, Şəmkir


Digər xəbərlər

Xəbər xətti