Ruslan Voronsov: "..."Şəmkir" daha da güclənəcək" MÜSAHİBƏ

21:14 28 Oktyabr 2016

Bu gün I divizionun VIII turunda “Şəmkir” doğma meydanda MOİK-i 1:0 hesabı ilə məğlub edib.


Matçdan sonra “Şəmkir” klubunun futbolçusu Ruslan Voronsov sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb.

-    Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı...
-    Çox çətin oyun oldu. Rəqib güclü idi və yaxşı oyun sərgiləyirdi. Amma şükürlər olsun ki, qalib gəldik. Vacib 3 xalı komandamıza qazandıra bildik. Məqsədimiz bu görüşdə qalib gəlib, 2-ci pilləyə yüksələk. 

-    Bu gün qalib gələrək, “Turan Tovuz”la xar fərqini azaltdınız. Çempionatın sonunadək ilk pilləyə yüksələ bilərsinizmi?
-    Sözün açığı, birinci dövrəni ilk pillədə tamamlamaq bizim üçün çox çətin olacaq. Amma düşünürəm ki, ikinci dövrədə daha yaxşı oynayıb, ilk pillədə qərarlaşa bilərik. İnşallah, qış fasiləsindən sonra daha da güclənəcəyik.

-    Rəhbərlik tərəfindən qışda yeni futbolçuların transfer olunacağı barədə sizə vədlər verilibmi?
-    Demək olar ki, birinci divizionun ən güclü oyunçuları bizdədi. Sadəcə olaraq bir az öyrəşmək lazımdır komandaya. Çünki komanda çox tez yığıldı. Bu səbəbdən hələ futbolçular bir birinə tam öyrəşə bilməyiblər. 

-    Bu qələbəyə görə klub rəhbərliyi tərəfindən sizə mükafat vəd edilmişdi. Mükafat nə idi?
-    Əlbəttə. Qonaqlıq söz verlimişdi. İndi mükafatlandırılmağa gedirik. (gülür)

-    Komandanın ən sərrast futbolçularından birisən. Necə düşünürsən, mövsüm sonunadək bombardir ola bilərsənmi?
-    İnşallah. Hələ qarşıda çox oyunumuz var. 
Vüsal Yalçınoğlu, Şəmkir


Xəbər xətti