FİFA-nın adı danışılmış oyun qalmaqalında

23:45 30 Oktyabr 2016

“DÇ-2018” seçmə mərhələsində Litva ilə oyundan sonra mətbuata açıqlamasında Malta millisinin qapıçısı Enryu Hoqq soyunma otağına bir FİFA nümayəndəsinin girərək oyunçulara xəbərdarlıq etdiyini bildirdi. “The Sun”a açıqlama verən Hoqq bunları deyib:

“Litva ilə oyunumuz başlamamışdan öncə sonra soyunma otağımıza bir şəxs gəldi və FİFA nümayəndəsi olduğunu bildirdi. Daha sonra bizə bu oyun üçün bukmeker kontorlarında həddən artıq çox yüklənmə olduğunu və əksəriyyətin 2 qoldan çox olacağı ilə proqnoza pul yatırdığını bildirdi. Sonda isə bizə ciddi xəbərdarlıq edərək otağı tərk etdi. Oyun 2-0 hesabı ilə nəticələnmişdi. Çox narahat idim, çünki oyunboyu heç bir səhv hərəkətə yol verməmişdim. Əlimdən gələnin ən yaxşısını eləmişdim, amma oyunboyu ağlımda həmin şəxsin bizə dediyi sözlər qalmışdı. Üzərimdə çox böyük bir təzyiq var idi. Nəyinsə yolunda getməyəcəyi halda, hətta polisə düşə biləcəyimi də ağlıma gətirirdim. Buraxılan qollarda heç bir günahım yox idi. Hətta 3-4 əla seyv də etdim. Bu işlə bağlı saxlayacağım heç bir sirrim yoxdur. Ancaq oyundan qabaq olan bildiriş oyunboyu bizim üzərimizdə çox güclü təzyiq yaratmış oldu”

Endryu Hoqqun bu dedikləri ilə əlaqədar hələ ki, FİFA-dan nə cavab gəlib, nə də kiminsə haqqında istintaq başladıldığı açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti