"Sent-Etyen"lə oyun üçün biletlər neçəyə olacaq - RƏSMİ

11:57 31 Oktyabr 2016

"Qəbələ" Avroliqanın qrup mərhələsinin növbəti turuna hazırlıqlarını davam etdirir.


Sportarena.az xəbər verir ki, artıq biletlərin satışa çıxacağı gün və qiymətlər məlumdu. Bu haqda  məlumatı klubun marketinq-meneceri Səməd Nəsibov verib: "Biletlər bu gün saat 15.00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər biletlər "Bakcell Arena" və "Tofiq Bəhramov" adına stadionun kassalarından əldə edə biləcəklər. 


Satışa 8260 bilet çıxarılıb. Rəqib sektoru və ilk cərgələri çıxanda bilet sayı bu qədər olur. Qiymətlər sektorlara uyğun 2, 5 və 10 manat olacaq".


Bu arada "Sent-Etyen"in Bakıya gələcəyi tarix də müəyyənləşib. Bu haqda  komandanın rəisi Səbuhi Səfiyarlı məlumat verib. Belə ki, fransızlar oyundan bir gün əvvəl, yəni noyabrın ikisində paytaxtımızda olacaqlar. Onlar "Hilton" otelində məskunlaşacaqlar.(sport7.az)


Digər xəbərlər

Xəbər xətti