"Barselona"nın ulduz futbolçusu 8 milyon avroya ev aldı

12:37 31 Oktyabr 2016

"Barselona"nın ulduzu Neymar qazancını daşınmaz əmlaka yatırır.

 

Braziliyalı futbolçu Rio de Janeyrodakı bir lüks evi almaq üçün 8 milyon avro xərcləyib. 


Həyətində helikopter meydançasının olduğu villada hovuz, tennis kortu, fitness salonu və 6 ədəd suit var. Rio de Janeyronun mərkəzindən 1 saatlıq yolun olduğu Portobelloda yerləşən evin ərazisi 6 min sotdur. Neymar yeni evində "Flamenqo"nun forvardı Emersonla qonşu olub.


Xəbər xətti