"Qarabağ"ın oyunu 100 avroya

18:12 31 Oktyabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək PAOK - "Qarabağ" matçının biletləri bu gündən etibarən satışa çıxarılıb. 


Sportarena.az xəbər verir ki, 28 min 703 azarleş tutumuna malik olan "Tumba" stadionunda keçiriləcək görüşə ən ucuz biletin qiyməti 10 avrodur. Satışda həmçinin 15, 20, 30 və 40 avroluq biletlər də var. Qarşılaşmanı VİP sektordan izləmək istəyənlər isə 100 avro xərcə düşəcəklər. 


Xatırladaq ki, PAOK – "Qarabağ" matçı noyabrın 3-də Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti