Neymar tuneldə dalaşdı

23:11 31 Oktyabr 2016

"Barselona"nın hücumçusu Neymar "Qranada"nın müdafiəçisi Ruben Vezo ilə əlbəyaxa olub.

İnsident "Barselona" - "Qranada" görüşündən (1:0) sonra "Nou Kamp"ın tunelində baş verib. Qarşılaşmanın sonuna yaxın Neymar Rubenə qarşı kobud oynayıb.
Müdafiəçi onun bu kobudluğuna sərt reaksiya verib. Tərəflər arasında mübahisə yaşanıb və hakim hər iki futbolçuya sarı vərəqə göstərib.
Ancaq qarşıdurma bununla yekunlaşmayıb. Oyundan sonra tuneldə baş verən mübahisə zamanı Neymarla Vezo bir-birini nalayiq ifadələrlə təhqir ediblər. Tərəflər əlbəyaxa da olublar. Ancaq hər iki komandanın futbolçularının müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.


Xəbər xətti