"Qarabağ"ın səfər planı müəyyənləşdi

14:02 1 Noyabr 2016

"Qarabağ" bu gün Yunanıstana yola düşəcək. 


Sportarena.az xəbər verir ki, komanda saat 19:00-da Bakı - Saloniki reysi ilə səfərə yollanacaq və yerli vaxtla 21:30-da Yunanıstanda olacağı ehtimal olunur. Baş məşqçi Qurban Qurbanov sabah yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. 


Komanda oyunöncəsi son məşqini isə sabah yerli vaxtla 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.


Xəbər xətti