FİFA-dan milliyə texniki məğlubiyyət

23:50 1 Noyabr 2016

FİFA Boliviya millisinə DÇ-2018-in seçmə mərhələsində Peru və Çili ilə oyunlarda texniki məğlubiyyət verib.

Buna sözügedən matçlarda Boliviyanın heyətində meydana çıxan Nelson Kabreranın FİFA-nın milli komandada oynamaqla bağlı qaydalarını pozması səbəb olub.

33 yaşlı oyunçu bundan əvvəl Paraqvay millisinin əsas komandasında oynadığı üçün Boliviyaya bu cəza verilib.

Qeyd edək ki, Boliviya Peruya qalib gəlmiş (2:0), Çili ilə qolsuz bərabərə qalmışdı


Digər xəbərlər

Xəbər xətti